Almanİyadakı
Azərbaycanlı Həkİmlərİn
Forumu

Tədbİrə DƏVƏT

Əziz soydaşlar!
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə diaspor quruculuğu sahəsində mühüm nəticələr əldə edilmişdir. Bu nəticələr istər dünyanı qəfildən yaxalayan COVID-19 pandemiyası başlayan dövrdə, istər Ermənistanın Tovuz təxribatından sonra, istərsə də Vətən müharibəsi dövründə özünü əyani şəkildə göstərdi. Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar vahid amal uğrunda və Azərbaycan naminə birləşmək bacarığını ortaya qoydu.
Cənab Prezident öz çıxışlarında xaricdə yaşayan soydaşlarımıza dəfələrlə müraciət etmiş, onları yaşadıqları ölkələrin cəmiyyətlərinə fəal inteqrasiya etməyə, xüsusən ictimai, siyasi və elmi sahələrdə aktiv iştiraka səsləmişdir. Təsadüfi deyil ki, bu gün dünyanın nüfuzlu universitetlərində və xəstəxanalarında azərbaycanlı alimlər, həkimlər çalışır, onların elmi tədqiqatlarına impakt faktorlu jurnallarda istinadlar edilir.
Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə Almaniyanın Köln şəhərində Almaniyada çalışan azərbaycanlı həkimlərin Forumu təşkil edilir. Tədbirdə artıq Almaniya tibb ocaqlarında nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamları, həkimlərlə yanaşı, gənc həmkarlarımızı bir araya gətirmək və eləcə də elmi-praktiki mübadilələrin aparılması nəzərdə tutulur. Tibbi kadrların bütün dünyada cəmiyyətlər və dövlətlər üçün nə qədər önəmli bir məna kəsb etdiyini dərk etdiyimiz bir dönəmdə bu cür mühüm beynəlxalq tədbiri keçirməkdən qürur duyuruq və sizləri bu tədbirdə salamlamaqdan çox məmnunuq.

Hörmətlə,
Fuad Muradov,
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Köln, O5 MART 2022

  • Qonaqların gəlişi

  • Çay və kofe ilə qeydiyyat

  • Açılış

  • Nuran Abdullayev, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri

  • Fuad Muradov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

  • Ramin Həsənov, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri

  • Nadir Zeynalov - Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini

  • Birinci hissə

  • Bahadur Rzayev, Reabilitasiya və istehsalatın təşkili departamenti, Keyfiyyətə nəzarət şöbəsinin müdiri - Azərbaycanda əlilliyi olan şəxslər üçün reabilitasiya xidmətlərinin təşkili

  • Araz Nəsirov, Agentliyin Strateji təhlil departamentinin rəhbəri - Azərbaycan səhiyyəsinin inkisafinda icbari tibbi sığortanın rolu

  • İkinci hissə
    Almaniyada çalışan elm adamlarının fəaliyyəti

  • Priv-. Doz. Dr. med. Natiq Həsənov - İdar- Oberstein xəstəxanasının kardiologiya klinikasının direktoru - Almaniyada Kardiologiyanın təşkili və müasir müalicə metodları

  • Prof. Dr. med. Ramazan Cabbarlı, Essen Universitet Klinkası, Neyrocərrah, şöbə müdiri - Beyin anevrizmaların müalicəsi

  • Priv-. Doz. Dr. med. Nuran Abdullayev, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri - Radiologiyanın tibb elminin inkişafındakı rolu, innovasiyalar və gələcək.

  • Nahar fasiləsi

  • Üçüncü hissə

  • Elvin Hüseynov, Köln Augustireninnen klinkası, şöbə müdiri - Yeni il "hədiyyəsi" – kliniki təqdimat

  • Dr. med. Cavid Fətullayev, Kerckhoff klinikasının ürək cərrahı - Almaniyada ürək cərrahiyyəsindəki son elmi tədqiqatlar

  • Dr. med. Zülfüqar Tağıyev, MBA, Giessen Universiteti Klinikasının ürək cərrahı - Almaniyada ürək cərrahiyyəsinin təşkili, problemlər və üstünlüklər

  • Dr. med. Xəyal Qasımlı, Frankfurt Universitet Klinkasının şöbə müdiri - Endometrium xərçəngi: keçmiş, indi və gələcək

  • Rahul D'mello – Berlin Charite Tibb Universitetinin məzunu - Sabah.lab akselerasiya mərkəzi və Azərbaycan ekosisteminin sabahı

  • Çay və kofe fasiləsi

  • Son çıxışlar

  • Dəyanət Vəliyev, Bonn Universitetinin tibb üzrə məzunu - Almaniyada tələbə həyatı, gözləntilər və reallıqlar

  • Dr. med. Sevinc Abbasova, München, oftalmoloq - Bizi birləşdirən dəyər - Azərbaycan Alman tibb Dərnəyi və məqsədləri

  • Saleh Abbasov, Cogitanda Cyberrisks İnsurance sığorta şirkətinin əməkdaşı - Tibbi sığorta sistemlərinin müqayisəli təhlili

  • Dr. med. Elşən Ağayev, qulaq, burun, boğaz həkimi - AMD e.V. dünən, bugün, sabah.

  • Cavid Hüseynzadə, Darmşdat şəhər xəstəxanasının həkimi - "Facharzt" layihəsi, məqsədlər və perspektivlər

  • Priv-. Doz. Dr. med. Nuran Abdullayev – Gələcək Forumların təşkili və təşkilat komitəsinin yaradılması haqqında

  • Forum iştirakçılarının şərəfinə ziyafətin verilməsi

QEYDİYYAT SONA ÇATMIŞDIR!

Göndərilir..