Almanİyadakı
Azərbaycanlı Həkİmlərİn
II Forumu

Tədbİrə DƏVƏT

Əziz soydaşlar!
Bu il 100 illik yubileyini qürurla keçirdiyimiz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında gənc kadrların xaricdə təhsil alması və Vətənimiz üçün önəmli olan yüksək ixtisaslara yiyələnmələri istiqamətində aparılan siyasətin uğurlu nəticəsidir ki, bu gün tibb sahəsində belə ixtisaslı azərbaycanlıların sayı getdikcə artır. Sevindirici haldır ki, ötən əsrin sonlarından başlayaraq, dünyanın müxtəlif ölkələrinə elm və təhsil üçün yol alan gənclərimiz hal-hazırda ixtisaslı kadr olaraq nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində də müvəffəqiyyətlə fəaliyyət göstərir, öz elmi nailiyyətləri, dünya elminə töhfə verən ideya və kəşfləri ilə ən nüfuzlu universitetlərin elmi dairələrində sayılıb-seçilirlər.
Bu gün ulu öndərin siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevin Diasporla İş üzrə Dövlət Komitəsi qarşısında qoyduğu əsas vəzifələrdən biri də xaricdə yaşayan azərbaycanlı soydaşlarımızı ümumi güclü Azərbaycan naminə sıx birləşdirərək, fəaliyyət göstərdikləri sahələrdə inkişafına dəstək olmaq və hamımızın əldə etdiyi təcrübə ilə doğma Azərbaycanın rifahının daha da yüksəlməsinə xidmət göstərməkdir.
Bu məqsədlə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniya Federativ Respublikasının Berlin şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu təşkil edilir.
Bundan öncə, 2022-ci ilin mart ayında Almaniyanın Köln şəhərində keçirilmiş I Forumda Almaniyanın 34 şəhərində fəaliyyət göstərən 200-dən çox elm xadimi və həkim iştirak etmişdir. Forum uzun illər Almaniyanın tibb ocaqlarında çalışan, müəyyən formada nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamları, həkimləri və bu yola başlayan gənc həmkarlarımızı bir araya gətirmək, onlar arasında Almaniyada nümunəvi şəbəkələşməni yaratmaq, həmçinin elmi-praktik mübadilə aparmaq baxımından böyük əhəmiyyət kəsb etmişdir. Ümid edirik, II Forum təkcə xaricdə yaşayan azərbaycanlı həkimlər, tibb mütəxəssisləri arasında peşəkar münasibətlərin gücləndirilməsinə deyil, eyni zamanda həmvətənlərimiz arasında həmrəyliyi inkişaf etdirməyə, dövlətimizin maraqlarına xidmət göstərəcək, elmi nailiyyətləri ilə Almaniyanın tibb ocaqlarında nüfuz sahibinə çevrilən azərbaycanlı həkimlərin diaspor quruculuğuna qoşulmaları lobbiçilik fəaliyyətinə, o cümlədən Azərbaycan səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə böyük töhfə verəcəkdir. Bu baxımdan, Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu kimi mühüm beynəlxalq tədbiri keçirməkdən qürur duyuruq və Sizləri də bu tədbirdə salamlamaqdan çox məmnun olardıq!

Hörmətlə,
Təşkilat Komitəsi

Berlin, 18 NOYABR 2023

  • Qonaqların gəlişi

  • Çay və kofe ilə qeydiyyat

  • Rəsmi açılış mərasimi

  • Birinci hissə

  • Tədbir iştirakçılarının çıxışları

  • Nahar fasiləsi

  • İkinci hissə

  • Tədbir iştirakçılarının çıxışları

  • Çay və kofe fasiləsi

  • Son çıxışlar

  • Priv-. Doz. Dr. med. Nuran Abdullayev – Təqaüd Proqramını təsis edilməsi və gələcək Forumların təşkili haqqında

  • Forum iştirakçılarının şərəfinə ziyafətin verilməsi

Göndərilir..